Bloq

"Müştəridən pul alırlar, müştəri narazı qalır" - Fərid Həsənov

"GolfCar Azərbaycan" şirkətinin direktoru Fərid Həsənov bizim sayta müsahibə verib. Sahibkar qolf kar bazarında yeni tendensiyalar və təklif olunan xidmətlərdən danışıb:

GolfCar Azərbaycan fəaliyyətinə korporativ müştərilərlə başladığına görə, bazara daxil olub tanınandan sonra, bizə özəl müştərilər də müraciət etdilər. Bu, bazarın qanunudur - tələb təklif yaradır. Ölkədə qolf karların yüksək keyfiyyətli xidmətinə tələbat yüksəkdir. Çünki ölkədə kifayət qədər qolf kar var, amma keyfiyyətli xidmət yoxdur. Baxmayaraq ki, bu tip transport heç də ucuz deyil, qolf arabalarından istifadə edən insanlar onlarla elə davranırlar ki, sanki heç xarab olmayacaq  və onu uzun müddət kifayət qədər rahat istifadə edə bilərlər.

Amma məlum oldu ki, əslində bu belə deyil. Golfcar  hər hansı digər texnika kimi, vaxtında qulluq və təmirə ehtiyac duyur. Və buna uyğun olaraq, biz bir tək müəyyən modelə deyil, müxtəlif golfcar  modellərinin xidmətinə diqqət yetirməyə başladıq. Yoxlama və səhv yolu ilə sınaqlara başladıq, üstəlik, ustalarımızın peşəkarlığı. Və sonda nəticə əldə etdik. Bu nəticə ilk növbədə bizim özümüzü qane edir. Şüarımız isə “Müştərini hər zaman məmnun etmək”dir. Hər bir məmnun müştəri bizə yeni müştəri gətirir.

Golfcar bazarı kiçik olduğundan, biz hər bir müştəri üçün mübarizə aparırıq, onun rahatlığı, onun arabasına keyfiyyətli xidmət göstərilməsi bizim əsas prioritetimizdir. 

Hansı çətinliklərlə üzləşmisiniz?

Bizim əsas çətinliklərimiz ehtiyat hissələri və detallar ilə bağlı çətinliklərdir. Avtomobillərdə bu məsələ daha asandır. Ölkənin bəzi bölgələrində istənilən model avtomobillərin sayı kifayət qədər olduğundan, bu avtomobillərin ehtiyat hissələrini xaricdən gətirmək də sərfəlidir. Çünki gec-tez müəyyən vaxt ərzində bu ehtiyat hissələri satılacaqlar. Qolf arabalarının sahibləri isə bu avtomobillərə çox pul xərcləmədikləri üçün avtomobil tam dayanana qədər servisə müraciət etmirlər, ona görə də çoxlu sayda ehtiyat hissələri saxlamaq sərfəli deyil. Ancaq biz çıxış yolu tapdıq.

Biz bir çox hissələri bərpa etməyə başladıq və sonda bu hissələr hətta zavoddan daha keyfiyyətli oldular.

Üstəlik, plastik, dəri, dəmir detallar üçün də ölkədə dublikat hazırlamağa başladılar. Eyni keyfiyyətdə, bəzən daha yaxşı.

Başqa bir çətinlik də var. Bunlar qolf arabalarının təmirində ixtisaslaşmayan kiçik emalatxanalardır. Müştərini əldən verməmək üçün başlayırlar arabaları qurdalamağa. Burada əlbəttə ki, xidmət keyfiyyəti də çox aşağıdır. Müştəridən pul alırlar, müştəri narazı qalır. Və sonra ikinci dəfə müştəri keyfiyyətli xidmət görmək üçün bizə müraciət edir və biz onu razı salmalıyıq ki, təmir üçün bu pulu ödəsin. Ümumilikdə isə, bizdə hər şey artıq öz yoluna qoyulub. Bizim üçün ən böyük çətinlik yeni müştərilər axtarmaq, ölkədə qolf arabası sahiblərinin maksimum sayını əldə etməkdir.


ƏN SON POSTLAR

scroll up