Bloq

Postlar

Qolf arabalarının servisi və təmiri

Qolf arabaları hər gün daha da populyarlaşır. Bu gün onları "gələcəyin avtomobilləri" adlandırırlar, çünki onların bir çox üstünlükləri var.

Qolf arabalarının servisi və təmiri

Ənənəvi nəqliyyat vasitələrinin bu cür məhsullarla tam əvəz olunması haqqda söz ola bilməz, lakin həyatın bir çox sahələrində onlar əvəzolunmazdır.

Qolf arabası müasir insanlar üçün əla alışdır. Belə ekoloji nəqliyyatda mühafizə olunan istirahət zonaları, parklar, pansionatlar və şəxsi ərazilərdə hərəkət etmək xoşdur. Buna görə də, getdikcə daha çox təşkilat və insanlar daxili və qapalı ərazilərdə hərəkət etmək üçün elektrik avtomobili seçir. Bir qayda olaraq, bu elektrik maşınının alışı zamanı insanlar məhsulun komplektasiyasına və qiymətinə  daha çox diqqət yetirirlər. Eyni zamanda, nadir hallarda “Bəs buna necə qulluq etmək və təmir etmək olar?” sualını düşünürlər. Ətrafda çoxlu avtoservis və ustalar olarkən sadə görünüşə malik olan bir elektrik avtomobilinin nə qədər çətinlikləri ola bilər ki...

Bir qayda olaraq, əsas texniki xidmətə ehtiyacı olan hissələr asqı və akkumulyator batareyasıdır. Baxdıqda mürəkkəb heç nə yoxdur- benzinli avtomobil kimi eyni top və sükan sonluqları... Lakin sadə bir detalı dəyişdirmək ehtiyacı ilə qarşılaşdığınız anda hissələrin axtarışında problemlər yaranır. İş ondadır ki, qolf avtomobilinin asqısı spesifikdir və benzinlə işləyən avtomobillər arasında oxşar hissə tapmaq demək olar ki, mümkünsüzdür. Üstəlik, müxtəlif təchizatçıların fərqli asqıları var və komponentlər bir-birini əvəz edə bilmir. Elektrik maşınlarının sahibləri bu avadanlığın satıcılarına müraciət edir, istehsalçılara sorğu göndərir, cavab gözləyir, əvvəlcədən ödəniş edir və bir ay və ya daha çox müddətə istənilən hissənin gəlməsini gözləyirlər. Və bu adətən mövsümdə baş verir! Eyni şeyi akumulyator - elektrik qurğusu barədə də demək olar. Avtoservisin hər mütəxəssisi  dartma batareyaların vəziyyətini düzgün qiymətləndirə bilmir, onların diaqnostikası üçün xüsusi avadanlıqların mövcudluğu haqqda heç danışmıram.

“GolfCar Azerbaijan” müştəriləri üçün isə vəziyyət tamam fərqlidir. Bizim xidmət mərkəzimizdə tam ixtisaslaşdırılmış avadanlıqlar, savadlı personal və böyük ehtiyat hissələri anbarı var. Bundan əlavə, sifarişçinin obyektinə diaqnostika və çətin olmayan təmir üçün hər zaman mütəxəssis çağırmaq mümkündür.

“GolfCar” Azərbaycan ölkədə qolf karlarının fərdiləşdirilməsində ixtisaslaşan və onlara texniki qulluq göstərmək üçün geniş spektri ilə xidmət göstərən yeganə şirkətdir.

Şərhlər

LEAVE COMMENTS

ƏN SON POSTLAR

Qolf arabalarımız haqqında bilmədiklərimiz varmı?t

GolfCar Azerbaijan - Azərbaycanda qolf karlar üçün yeganə universal mərkəzdir.

İşlənmiş qolf avtomobili almaq: 5 vacib məqamt

Qolf avtomobilləri artıq təkcə qolf meydanlarında deyil, həm də bağ evlərində, kottec qəsəbələrində, parklarda və istirahət mərkəzlərində geniş istifadə olunur. İşlənmiş qolf avtomobili almaq istəyirsinizsə, yeni avtomobilə nisbətən daha sərfəli qiymətə sahib ola bilərsiniz. Lakin düzgün seçim etmək və sonradan problemlərlə qarşılaşmamaq üçün bəzi vacib məqamlara diqqət yetirmək lazımdır.

Rahatlığın və Komfortun Simvolut

Bakının geniş və zəngin mənzərələrində, xüsusilə də "SeaBreeze" kimi böyük bağ evləri və yaşayış komplekslərində qolf karları ilə səyahət etmək artıq lüks deyil, zərurətdir.

scroll up